Avropa İttifaqının vətəndaşları olmayanlar üçün Şengen zonasına daxil olmaq üçün yeni qaydalar tətbiq ediləcək.
İnterpress.az xəbər verir ki, bu barədə Political Report məlumat yayıb.
Avropa İttifaqı noyabrın 10-dan Avropa İttifaqına daxil olmayan vətəndaşlar üçün Şengen zonasına daxil olmaq üçün yeni qaydalar tətbiq edəcək.
Əsas yenilik xarici vətəndaşların giriş-çıxışını avtomatik qeydə alacaq Giriş/Çıxış Sxemi (EES) sərhəd nəzarəti sistemi olacaq.
İlk daxil olduqdan sonra səyahətçilərdən biometrik məlumatlar toplanacaq və bu məlumatlar sistemdə 3 il saxlanılacaq və ənənəvi pasport möhürləri əvəzinə avtomatik olaraq özünəxidmət terminalları vasitəsilə qeydiyyat aparılacaq. Hər dəfə sərhədi keçəndə bu terminallarda pasportunuzu skan etməli olacaqsınız.
Biometrik məlumatların təqdim edilməsindən imtina girişin rədd edilməsi ilə nəticələnəcək.
Xuraman Etibarlı
İnterpress.az