Litva Mərkəzi Asiyadan gələn miqrantların artmasından NARAHATDIRbackend

Litva Mərkəzi Asiyadan gələn miqrantların artmasından NARAHATDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litva Mərkəzi Asiyadan gələn miqrantların artmasından narahatdır.

İnterpress.az xəbər verir ki, bu barədə Litvanın Dövlət Təhlükəsizliyi Departamentinin rəhbəri Darius Yaunişkis bildirib.

O qeyd edib ki, onun idarəsi bütün səyahətçiləri yoxlaya bilmir və bu, əks-kəşfiyyat və terrorizmlə mübarizə sahəsində əlavə risklər yaradır.

Son üç ildə Litvaya gələn Mərkəzi Asiya vətəndaşlarının sayı 14 dəfə artıb.

Jaunişkis əlavə edib ki, son iki il ərzində kəşfiyyat xidmətləri terror təşkilatları ilə əlaqəsi olan 4 əcnəbi aşkarlayıb. Onlara yaşayış icazəsinin verilməməsi və Litvaya girişinin qadağan edilməsi tövsiyə olunub.

Litvanın baş naziri İnqrida Şimonite onun bəyanatına cavab verib. O vurğulayıb ki, Mərkəzi Asiyadan miqrasiyanın artmasına baxmayaraq, onun miqyası əhəmiyyətsiz olaraq qalır. Və əlavə edib ki, ilin əvvəlindən yalnız bir neçə yüz xarici vətəndaş Litvada müvəqqəti yaşamaq icazəsi alıb.

Xuraman Etibarlı

İnterpress.az