İrəvanda Aİ nümayəndəliyi qarşısında ETİRAZ: Həbsxanadakı ölümə görə reaksiya TƏLƏB OLUNURbackend

İrəvanda Aİ nümayəndəliyi qarşısında ETİRAZ: Həbsxanadakı ölümə görə reaksiya TƏLƏB OLUNUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda Aİ nümayəndəliyi qarşısında etiraz aksiyası keçirilir.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin binası qarşısında “Güclü Ermənistan” hərəkatı tərəfindən etiraz aksiyası başladılıb.

İştirakçılar noyabrın 10-da “Nubaraşen” cəzaçəkmə müəssisəsində dünyasını dəyişən Arsen Qevorqyan üçün ədalət tələb edir və Aİ-dən baş verənlərə təcili reaksiya verməsini istəyirlər.

Aksiyada çıxış edən “Güclü Ermənistan”ın nümayəndəsi Areqa Ovsepyan ölkədə “demokratiyanın məhvi” fonunda Avropa İttifaqını susqunluqda ittiham edib.

O bildirib ki, Qevorqyan məhz müxalif mövqeyinə və siyasi baxışlarına görə qanunsuz şəkildə həbsdə saxlanılırdı.

Xuraman Etibarlı

İnterpress.az