Heyvanlara baxım salonunda itin dili KƏSİLDİ – FOTObackend

Heyvanlara baxım salonunda itin dili KƏSİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada “Dolce Vita” salonunda baxım zamanı itin dili kəsilib.

İnterpress.az xəbər verir ki, bu barədə oktyabrın 17-də salonun administrasiyasına istinadən Rusiya KİV məlumat yayıb. Moskva yaxınlığındakı “Dolce Vita” it baxım salonunda Yorkşir teryer itinə qulluq zamanı dilinin bir hissəsi kəsilib.

Salon administratoru vəziyyəti ev heyvanının davranışı, eləcə də ustanın tez reaksiya verməyə vaxtının olmaması ilə izah edib.

Məlumata görə, sosial şəbəkələrdə baş verən hadisə müzakirə olunandan sonra inzibatçı səhvini anlayaraq pulu qaytarıb və itə sağalmasını arzulayıb. O qeyd edib ki, belə bir vəziyyət “hər kəsin başına gələ bilər”.

Xuraman Etibarlı

İnterpress.az