Ömürlük həbsdə olan keçmiş senatora qarşı növbəti iş AÇILDI – VİDEObackend

Ömürlük həbsdə olan keçmiş senatora qarşı növbəti iş AÇILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş senator Araşukova qarşı “Qara delfin”də rüşvətxorluğa görə iş açılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. İki qətldə və mütəşəkkil cinayətkar qrup yaratmaqda təqsirli bilinən Rauf Araşukov Federal Penitensiar Xidmətin əməkdaşına 3 milyon rubl (təxm. 53 min man) vermək qərarına gəlib.

Araşukov vəkil vasitəsilə ömürlük azadlıqdan məhrum etmə cəzasını çəkdiyi koloniyada “imtiyazlı saxlama şəraitinin təşkilinə görə” 3 milyon rubl rüşvət təklif edib.

İndi keçmiş senatorun xüsusilə böyük rüşvətə görə ömürlük həbs cəzasına daha bir neçə il əlavə olunacaq.

Qeyd edək ki, beş gün əvvəl eks-senator keçmiş dostu Kadırovdan bağışlanmasını istəyib.

Xuraman Etibarlı

İnterpress.az