Rusiyada ilk dəfə nadir mavi almaz HASİL EDİLDİbackend

Rusiyada ilk dəfə nadir mavi almaz HASİL EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada ilk dəfə zərgərlik keyfiyyətinə malik mavi almaz hasil edilib.

İnterpress.az xəbər verir ki, bu barədə “Alrosa” şirkəti məlumat yayıb.

Yakutiyadakı Nakın kimberlit yatağında çəkisi 2,74 karat olan nadir mavi almaz aşkarlanıb.

Mütəxəssislərin sözlərinə görə, bu, son onilliklər ərzində ilk dəfə IIb tipli mavi almazla qarşılaşmalarıdır.

Dünyanın ən nadir və qiymətli daşlarından sayılan bu almazın rəngi tərkibində bor elementinin olması ilə əlaqədardır.

Hazırda daşın cilalanması prosesi başa çatmaq üzrədir. Onun təqdimatının noyabrın sonunda keçirilməsi planlaşdırılır.

Xuraman Etibarlı

İnterpress.az