Rusiyanın İsveçdəki səfirliyi bu il onuncu dəfə vandal hücumuna məruz qalıb.
İnterpress.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəlikdə bildiriblər.
Bu gün dron səfirliyin ərazisinə boya atıb.
Onlar yerli hakimiyyət orqanlarını bütün vandalizm hadisələrini araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırıblar.
Xatırladaq ki, dünən Moskvada İsveç səfirliyi naməlum şəxslər tərəfindən dağıdılmışdı.
Xuraman Etibarlı
İnterpress.az