Türkiyənin Alanya şəhərində rusiyalı turist hamamda halı pisləşdikdən sonra dünyasını dəyişib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
45 yaşlı Kalininqrad sakini Oleq Fidçenko həyat yoldaşı və 7 yaşlı qızı ilə birlikdə istirahət üçün Türkiyəyə gəlib.
Noyabrın 6-da o, ailəsinin qaldığı Avsallar bölgəsindəki otelin hamamına gedib. Buxar prosedurları zamanı turist qəfil yerə yıxılaraq huşunu itirib.
O, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılsa da, həkimlər həyatını xilas edə bilməyiblər.
Mütəxəssislər bildirirlər ki, hamamda yüksək temperatur və rütubət orqanizmin soyumasını çətinləşdirir, ürək-damar sisteminə düşən yükü artırır. Bu isə bəzi hallarda ürək ritminin pozulmasına və infarkta səbəb ola bilər.
Xuraman Etibarlı
İnterpress.az






