İsrailin xarici işlər naziri fransalı həmkarı Barrot ilə telefonla danışıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.Bildirilir ki, İsrailin xarici işlər naziri Gideon Saar Fransanın Yəhudi Dövlətinin Livanda atəşkəsi pozması ilə bağlı verdiyi açıqlamalar fonunda fransalı həmkarı Barrot ilə telefonla danışıb.
Saar bəyan edib ki, “İsrail atəşkəsi pozmur, lakin Hizbullahın dərhal, real vaxtda cavab tələb edən pozuntuları qarşısında onu tətbiq edir”.
O əlavə edib ki, Litaninin cənubunda təşkilatın mövcudluğu ən fundamental pozuntudur və yaraqlılar şimala doğru hərəkət etməlidirlər.
Xuraman Etibarlı
İnterpress.az