Türkiyə Azərbaycana yeni səfir təyin edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi məlumat yayıb.
Məlumata görə, Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
O, bundan öncə Türkiyə Maarif Vəqfinin sədri olub.