“Metsamor gələcəkdə Türkiyəyə qarşı istifadə edilə bilər…”backend

“Metsamor gələcəkdə Türkiyəyə qarşı istifadə edilə bilər…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Ermənistanın Ararat vilayətinin qubernatoru Rubik Abramyan Araz çayına axan və bu vilayətin ərazisindən keçən Azat çayının qarşısını kəsməyi təklif edib. Ermənistanın ətraf mühitin mühafizəsi naziri Aramais Qriqoryan də Azat çayının suyunun Azərbaycana axıdılmasına qarşı çıxıb.
Görəsən, erməni məmurlarının bu kimi açıqlamaları əslində nəyə xidmət edir? Bu, bir növ Azərbaycanı hədələməkdirmi, yoxsa ki, diqqəti hansısa məsələdən yayındırıb bu məsələyə yönləndirmək istəyirlər, məsələn, Metsamordan?

Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümü rəhbəri, professor Qafar Çaxmaqlının fikirlərini öyrənib.

Q.Caxmaqlı ilk öncə bildirib ki, məsələyə ümumi baxılarsa, beynəlxalq prinsiplərə görə hər hansı çayın axarını dəyişdirmək qadağandır: “Hələ Sovetlər zamanında ermənilər bu beynəlxalq prinsipi pozmuşdular. Arpa çayının axarını dəyişdirərək onu Göyçə gölünə axıtmağa başlamışdılar.

O zamankı qadağalara rağmən bunun təbiətin özündə çox böyük fəsadlar yaratdığı barəsində mətbuatda da yazılmışdı. Ermənilər Azərbaycanla savaş halını bəhanə edərək indi daha irəli gedərək çayların məcrasını dəyişdirməklə bir neçə beynəlxalq prinsipi pozurlar. Azərbaycanın Ağdərə bölgəsində Azərbaycanın pulu ilə tikilmiş Sərsəng su anbarının suyundan da kefləri istədikləri kimi zərərli şəkildə istifadə etməkdədirlər”.

Professor erməni məmurlarının bu bəyanatını növbəti təhdid kimi qiymətləndirib: “İstisna etmirəm ki, Azat çayını da Araza axıtmamaq üçün onlar bu ənənəvi \”ərəbzəngilik\”lərini edəcəklər. Bu bəyanatda həm də Azərbaycanı bir təhdid etmə məsələsi də var. Azərbaycan üstün mövqelərə gəlincə bu təhdidlərin sayı artacaq. Hətta Qarabağda 4 günlük savaşdan sonra bir erməni politoluq təklif etmişdi ki, Sərsəngi partladıb Azərbaycanın bir neçə rayonunu su altında qoysunlar. \”Mingəçevir su anbarını vuracağıq\” deyən erməni generalının fikirlərini gərək unutmayaq. Ermənilər hər sahədə bizə qarşı düşmənçiliklərini edəcəklər. Azərbaycan bunları bəlməlidir. Biz çox hiyləgər, namərd bir düşmənlə yüz ildən artıqdır ki, qarşı qarşıyayıq. Bu gün bu düşmən suyu kəsmək istəyir, sabah başqa bir iyrənc üsula əl atacaq”.
Q.Çaxmaqlı sonda qeyd edib ki, bu işin Metsamorla əlaqəsi olduğuna isə heç inanmır: “Metsamor başqa bir təhdid üsuludur. Hələ ki, ehtiyat variant kimi saxlanılır. Gələcəkdə onu Türkiyəyə qarşı istifadə etmək ehtimalı daha çoxdur.

Amma bu məsələ Ermənistandan az asılıdır.
Metsamorun da kontrolu Rusiyanın əlindədir”.(moderator)

İnterpress.az