Uşaqlara qayğı bizdə və dünyada-ARAŞDIRMAbackend

Uşaqlara qayğı bizdə və dünyada-ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yadınızdadırsa, Milli Məclisin deputatlarının məvacibinin qəfil və səbəbsiz artırılması bütün ölkədə ironiya və qəzəblə qarşılandı. Lakin xalqımız yenə dözüm göstərib susdu.

Amma arada bütün qəzəblilərin, yəni əhalinin təxminən 80 faizinin içində bir sual baş qaldırıb inidldədi-AXI NEYÇÜN? Sual cavabsız qaldı. Həm də səs içəri düşdü bayıra çıxmadı. Boğuldu səs, boğuldu sual.

Cavabsız suallar artdıqca artır. İçimiz bu cavabsız suallarla limhəlim doludur.

AXI NEYÇÜN? Bu sualı hər gün özümə verirəm. Sularımız kəsiləndə, qazımız gəlməyəndə, marşrutu saatlarla gözləyəndə, dopdolu marşrutda ayaqlarım tapdananda və s.

Ötənlərdə ölkə başçısı bayram çıxışlarından birində çox yaxşı bir cümlə işlətdi: \”Hər bir azərbaycanlı bilməlidir ki, onun arxasında Azərbaycan dövləti dayanır”. Doğrusu, bu sözlərdən ürəyim fərəhlə dolmuşdu. Amma bir anlıq. Axı biz nə zaman arxalı olduğumuz gördük ki? Bəlkə, arxalıyıq? O zaman gəlin, dünyada uşaqlara dövlət tərəfindən verilən təqaüdlərə baxaq.

Uşaqlara qayğı bizdə və dünyada-ARAŞDIRMA

Rusiyada bir uşaq üçün birdəfəlik müavinət 400 dollardan artıqdır. Hər bir uşaq 18 yaşına qədər bu pulu ala bilir. Ailədə uşaqların sayı artdıqca bu pulun da həcmi artır.

Uşaqlara qayğı bizdə və dünyada-ARAŞDIRMA

Əgər biz qonşu və düşmən ölkə Ermənistanla bu sahədə müqayisələr aparsaq, yenə də uduzacağımızı görərik. Çünki Ermənistanda birinci və ikinci uşaq üçün 135 dollar müavinət verilir. Üçüncü uşağın doğulması ilə məbləğ 1200 dollara çatır. 18 yaşına çatana qədər hər bir uşaq dövlətdən ayda 95 dollar alır.

Ermənistanda yaşayış minimumu 70 dollar təşkil edir. Əgər müqayisələri davam etdirsək, yenə də uşaqlara münasibətimizin o qədər də ürəkaçan olmadığının şahidi olacağıq. Belə ki başqa MDB ölkələrində Azərbaycanla müqayisədə vəziyyət xeyli fərqlidir.

Ukraynada ailədəki birinci uşağa görə 1800, ikinci uşağa görə 3570, üçüncü və ondan sonrakı uşaqlara görə isə 7140 dollar müavinət verilir. Eyni zamanda birinci uşağa görə 12 ay, ikinciyə görə 24 ay, digər uşaqlara görə isə dövlət 36 ay müddətində 714 dollar məbləğində müavinət ödəyir.

Uşaqlara qayğı bizdə və dünyada-ARAŞDIRMA

Belarusiyada birinci uşağa görə yaşayış minimumunun ən yüksək həddinin beş misli, digər uşaqlara görə isə yeddi misli qədər müavinət verilir. Bu ölkədə hətta övladlığa götürülən uşağa görə də dövlət müavinət nəzərdə tutub.

Uşaqlara qayğı bizdə və dünyada-ARAŞDIRMA

Qazaxıstanda birinci, ikinci və üçüncü uşağa görə 300 dollar, dördüncü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir.

Uşaqlara qayğı bizdə və dünyada-ARAŞDIRMA

Latviyada hər doğulan uşağa görə ailəyə 560 avro müavinət verilir.

İsveçrədə bütün siniflərdə məktəblilərə pulsuz kitab, paltar və gündə 3 dəfə yemək verirlər. 18 yaşına qədər hər şey uşaq üçün pulsuzdur, üstəlik, hər ay dövlət uşaqlara kompensasiya verir.

Almaniyada üç yaşına qədər hər bir uşağa ayda 270 avro verilir. Uşağın bir yaşından isə onun adına ipoteka krediti sənədləşdirmək mümkündür.

Avstriyada birinci uşağın 10 yaşına qədər ailə 130 avro, 19 yaşına qədər 153 avro, ikinci uşağa görə müvafiq olaraq 144 və 165 avro, üçüncü uşağa görə 166 və 188 avro, dördüncü uşağa görə isə 181 və 203 avro müavinət alır. Uşaq ali məktəbə qəbul olunduğu halda müavinət 27 yaşa qədər ödənir.

Fransada hətta uşaq dünyaya gəlməmiş anası ona görə müavinət alır.

Uşaqlara qayğı bizdə və dünyada-ARAŞDIRMA

Belə ki, birinci hamiləliyin 5-ci ayından uşağın 3 aylığına qədər 109 avro, ikinci uşağı gözləyən anaya isə 130 avro müavinət verilir. Əgər ailədə üçüncü uşağın doğulması gözlənilirsə, onda hamiləliyin dördüncü ayından uşağın 3 yaşına qədər ailə dövlətdən 975 avro pul alır. Bundan əlavə, hər bir uşaq 18 yaşına qədər dövlətdən müavinət alır. İki uşaq üçün bu, 680 avro, üç uşaq üçün 1550, dörd uşaq üçün 2420, beş uşaq üçün 3300 avro təşkil edir. Əgər uşaqların sayı altıdan çoxdursa, onların hər birinə görə 870 avro ödənilir. 10 yaşdan 15 yaşa qədər olan uşaqların hər biri üçün əlavə 192 avro, 15 yaşdan yuxarı uşaqlar üçün isə əlavə 339 avro pul ödənir.

ABŞ-da hər uşağa görə aylıq müavinət təxminən 680 dollar təşkil edir. Hər ştatda bu göstərici bir qədər fərqli ola bilər.

Uşaqlara qayğı bizdə və dünyada-ARAŞDIRMA

Böyük Britaniya dauşağa görə müavinət 500 funt sterlinqdən artıqdır.

İsveçdə isə hər uşağa görə 185 dollar müavinət ödəyir. Bu müavinət uşağın 18 yaşına qədər ödənir. Üçdən artıq uşağı olan ailələr üçün əlavə müavinət də nəzərdə tutulub.

İsraildə birinci uşağa görə 325 dollar, əkizlərə görə 1600 dollar birdəfəlik müavinət ödənir. Əgər uşaqlar üçəm olsa, bu məbləğ 2500 dollara qədər artır. Hər uşağa görə isə ayda 180 dollar müavinət verilir. Boşanmış ailələrdə bu göstərici 725 dollar təşkil edir.

Finlandiyada isə hər doğulan uşağa görə anaya bir neçə yüz avroluq paket təqdim edilir. Bu paket bir yaşına qədər uşağın bütün xərclərini ödəyir.

Uşaqlara qayğı bizdə və dünyada-ARAŞDIRMA

Polşada uşağın 18 yaşına qədər dövlət ailəyə 125 dollar pul verir.

Avstraliyada isə hər bir uşaq 18 yaşına qədər dövlətdən 540 dollar pul alır.

İndi \”demokratik” Amerikanın bombaladığı Liviyada isə Qəddafinin dövründə hər doğulan uşağa görə dövlət 7000 dollar pul ödəyirdi.

Birləşmiş Ərəb Əmirliyi isə bu göstəriciyə görə dünyada hamıdan öndədir. Bu ölkədə doğulan uşağa 20 min dollara qədər müavinət verilir.

Uşaqlara qayğı bizdə və dünyada-ARAŞDIRMA

Heç nə, elə-belə. Elə-belə yazdım ki, bəlkə, şeir yazmaqdan, market, restoran açmaqdan, CİP almaqdan, çalıb-oynamaqdan, quzu kababı yeməkdən və xalqı quzu kimi mələtməkdən vaxtları olsa, ayda 2000 manatdan yuxarı maaş alanlarımız da bu yazıya bir göz gəzdirərdilər. Göz gəzdirmək sizin borcunuzdur. Yaxanızdan tutub sizi silkələyib haqqını istəməyən xalqın haqqının və borcunun istəniləcəyi gün çatmamış oxuyun. Soruşmayın o HAQQI sizdən kimlər soracaq. Aşıq Ələsgər deyirdi axı: \”Yığılar məxluqat, qurular məhşər,

Boyunlarda kəfən, əllərdə dəftər,

Uşaqlara qayğı bizdə və dünyada-ARAŞDIRMA

Onda vay halına, yazıq Ələsgər,

Özün gеtdin, sözün qaldı dünyada”.

Bəs sizdən nə qalacaq? Axı SÖZ də qalmayacaq…

Arzu Abdulla