Bunu İnterpress.az Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu bu yaxınlarda Azərbaycanda aylarların adlarının dəyişdirilməsi təklifinə münasibət bildərərkən deyib.
Bundan başqa dirketor əlavə edib ki, ayların adlarının dəyişdirilməsi uzun və mürəkkəb prosesdir: \”Ölkədə ayların adlarının dəyişdirməsinə isə qəti etiraz edirəm. Buna heç bir zərurət yoxdur\”.
Xatırladaq ki, Yeni Nəsil Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin Sədri Atatürk Kamallı maraqlı təkliflə çıxış edib. Təşkilat sədri Azərbaycanda ayların adının dəyişdirilməsini təklif edib.
Aşağıda təklifi olduğu kimi veririk:
\”Yanvar ayının adı dəyişdilib – İlk ay (İlkin) ola bilər – Bu ilin başlanması ilə əlaqədar.
Fevral ayının adı dəyişdirilib – Çilə ola bilər – Qədim deyimlərə görə bu ayda çilə girir. Çilə, qışın Bahara, əslində tabe olmaq istəməməsini göstərmək üçün, havaların sonuncu sərtliyini göstərməklə, bahara təsliminə işarədir.
Mart ayının adı dəyişdirilib Novruz ola bilər- Azərbaycan xalqının milli bayramlarından, baharın gəlməsini bildirən, Novruz bayramna işarədir
Aprel ayının adı dəyişdirilib Gilavar ola bilər – Bu ayda adətən küləyin gilavardan əsməsini, yaz küləyi ilə yaz yağışının gəlməsini bildirir.
May ayının adı dəyişdirilib Öndər ola bilər – Bu ayda müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev doğulmuşdur (qədim romalılar təqvim tərtib edərkən öz qəhramanlarının adlarından istifadə etmişlər, Oktavian – oktyabr, Avqust – avqust, Yuli Sezar – İyul bunlar tarixi faktdır).
İyun ayının adı dəyişdirilib Pirşağı ola bilər – Bakının qədim yaşayış məskəni olmaqla bərabər, sahilyanı oldugu üçün, çimərlik vaxtının olmasını bildirir.
İyul ayının adı dəyişdirilib Novxanı ola bilər.
Avqust ayının adı dəyişdirilib Nabran ola bilər – bu ayda şəhər əhalisini ən cox istirahət və çimərlik üçün getdiyi məkan.
Sentyabr ayının adı dəyişdirilib Şanı ola bilər – Bakı Abşeron yarımadasında bitən üzüm növüdur ki, yalnız bu ərazidə bitir və onun bol olan vaxtına işarədir.
Oktyabr ayının adı dəyişdirilib Güleyşə ola bilər – El arasında və artıq Avropada yaxşı tanınan turşməzə nar sortudur. Məkan etibarı ilə Göyçay rayonundan başqa ərazidə becərildikdə, həmin dadı-tamı əks etdirmir.
Noyabr ayının adı dəyişdirilib Xəzri ola bilər – Adətən bu ayda Bakı kuləkli keçir, kuləyin istiqaməti Xəzər dənizindən olmaqla qışın gəlməsini bildirir.
Dekabr ayının adı dəyişdirilib İlaxır (Həmrəylik) ola bilər – İlin son ayını bildirirməklə, eyni zamanda Dünya Azərbaycanlılarının Həmrəylik Gününə, ilk ayın gəlməsinə işarədir\”.
Gülşanə Mustafayeva
İnterpress.az