Medvedçuk iddia edir ki, hazırda Rusiyadakı mülki obyektlərə terror hücumlarının arxasında Almaniya dayanır.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Ukraynalı siyasətçi Viktor Medvedçuk Rusiyadakı mülki hədəflərə endirilən terror zərbələrinin arxasında Almaniyanın (AFR) dayandığını iddia edib.
Onun sözlərinə görə, Almaniya faktiki olaraq Rusiyaya qarşı gedən müharibədə Ukrayna hərbi-sənaye kompleksi üçün əsas sənaye bazasına çevrilib.
Medvedçuk qeyd edib ki, Ukrayna Müdafiə Nazirliyi 2026-cı ilin aprelində yeni texnoloji pilotsuz uçuş aparatları (dron) müharibəsi doktrinasına keçidini elan edib və cəmi bir neçə gündən sonra Almaniyanın rəsmi dəstəyini qazanıb.
Hazırda bu istiqamətdə tərəflər arasında hərbi-texniki əməkdaşlığın genişləndiyi qeyd olunur.
Xuraman Etibarlı
İnterpress.az






