Rusiya Bankı Əhməd Kadırovun təsviri olan xatirə sikkəsi BURAXIRbackend

Rusiya Bankı Əhməd Kadırovun təsviri olan xatirə sikkəsi BURAXIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 14-də Əhməd Kadırova həsr edilmiş yeni xatirə sikkəsi dövriyyəyə buraxılır.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiya Mərkəzi Bankı iyulun 14-də Çeçenistan Respublikasının birinci prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş yeni xatirə sikkəsini dövriyyəyə buraxacaq.

Sikkənin üzərində Əhməd Kadırovun portreti və paytaxt Qroznı şəhərinin təsvirləri yer alacaq.

Məlumata görə, xatirə sikkəsi məhdud sayda tirajlanaraq kolleksiyaçılar və geniş ictimaiyyət üçün təqdim ediləcək.

Bu addım ölkənin tanınmış dövlət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi proqramı çərçivəsində atılıb və Rusiya Bankının xüsusi seriyasına daxil edilib.

Xuraman Etibarlı

İnterpress.az