Dəhşətli yol qəzası: Borular taksinin üzərinə aşdı – VİDEObackend

Dəhşətli yol qəzası: Borular taksinin üzərinə aşdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada yük maşınından tökülən borular taksini dəhşətli halda əzdi.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyanın paytaxtı Moskvada, Varşava şossesində qorxulu yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan yük avtomobilindən qəfildən iri borular yola dağılaraq yaxınlıqdakı taksinin üzərinə tökülüb və onu tamamilə əzib. Hadisə zamanı taksi sürücüsü möcüzə sayəsində sağ qalıb və ciddi xəsarət almayıb.

Qəza səbəbindən Varşava şossesində şəhərin mərkəzi istiqamətində avtomobillərin hərəkətində ciddi sıxlıq və çətinliklər yaranıb. Hadisə yerinə xüsusi xidmət orqanları və evakuatorlar cəlb edilib, yola dağılmış boruların təmizlənməsi və hərəkətin bərpa olunması istiqamətində işlər aparılır.

Xuraman Etibarlı

İnterpress.az