Kurskda skinhedlər miqrantlara qarşı hücumlar təşkil edir və videoları sosial şəbəkələrdə paylaşırlar.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Kursk şəhərində skinhed qruplaşmaları miqrantlara qarşı sistematik hücumlar təşkil edirlər.
Bu amansız hücumların əsas qurbanları tibb kolleclərində təhsil alan müdafiəsiz xarici tələbələr olur.
Məlumata görə, radikal qruplaşmanın üzvləri xarici tələbələri döyərək təhqir edir, bütün bu prosesi kameraya lentə alır və sonradan həmin görüntüləri sosial şəbəkələrdə paylaşaraq öyünürlər.
Özünü radikal “White Power” hərəkatına aid edən bu şəxslər açıq şəkildə qeyri-ruslara qarşı mübarizə aparmağa və zorakılıq törətməyə çağırışlar edirlər.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırmalara başladığı və xarici tələbələrin təhlükəsizliyinin qorunması məqsədilə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






