“SHANT-22” sınaqda: Erməni hərbi şirkəti yeni silahını NÜMAYİŞ ETDİRDİ – VİDEObackend

“SHANT-22” sınaqda: Erməni hərbi şirkəti yeni silahını NÜMAYİŞ ETDİRDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın IDS hərbi şirkəti yeni avtomatlaşdırılmış minaatanın sınaq görüntülərini yayıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Ermənistanın IDS müdafiə şirkəti, ehtimala görə, yeni avtomatlaşdırılmış 120 mm-lik minaatanın sınaq prosesini əks etdirən video görüntülər yayıb. Görüntülərdə hərbi texnikanın sınaq poliqonundakı atəş anları nümayiş olunub.

Sözügedən silahın “SHANT-22” uzaqdan idarə olunan avtomatlaşdırılmış minaatan kompleksi olduğu bildirilir. Bu kompleks rəqəmsal atəş idarəetmə sistemi və avtomatik doldurulma modulu ilə təchiz edilib.

Yeni minaatan kompleksinin həm stasionar şəkildə, həm də müxtəlif nəqliyyat vasitələrinin, qoşqu və ya konteynerlərin üzərinə quraşdırılaraq istifadə edilməsi üçün nəzərdə tutulduğu qeyd olunur.

Xuraman Etibarlı

İnterpress.аz