Antalyadan Yekaterinburqa uçan təyyarədə sərnişin ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat üzrə Polis Departamentinin mətbuat xidməti TASS-a məlumat verib.
Antalyadan Yekaterinburqa uçan sərnişin təyyarəsi göyərtədə sərnişinin səhhətinin pisləşməsi səbəbilə Qazaxıstanda planlaşdırılmamış eniş edib. Lakin sərnişin təyyarədə həyatını itirib.
İlkin məlumata görə, 41 yaşlı Rusiya vətəndaşının ölümünə səbəb ürək çatışmazlığı olub.
Məlumata görə, kişi Türkiyədə istirahətdən sonra Rusiyaya qayıdırmış. Hadisə ilə bağlı araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az






