Rusiyada Yaxın Şərqdə döyüşmüş İŞİD üzvü TUTULDUbackend

Rusiyada Yaxın Şərqdə döyüşmüş İŞİD üzvü TUTULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaraçay-Çərkəzdə İŞİD üzvü saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “İzvestiya” mənbəyə istinadən məlumat yayıb.

Qaraçay-Çərkəzdə İŞİD terror təşkilatının üzvü saxlanılıb. Məlumata görə, həmin şəxs Yaxın Şərqdə terrorçuların düşərgəsində hazırlıq keçib və təşkilatın tərəfində döyüş əməliyyatlarında iştirak edib.

İddialara görə, Rusiyaya qayıtdıqdan sonra kişi cinayətkar fəaliyyətini davam etdirməyi planlaşdırıb. Lakin hüquq-mühafizə orqanları onun planını həyata keçirməsinə imkan vermədən saxlayıb.

Həmin gün Rusiya Federal Təhlükəsizlik Xidməti Kabardin-Balkarda beynəlxalq terror təşkilatının 11 üzvünün də saxlanıldığını açıqlayıb.

İstintaqın versiyasına görə, onlar yerli sakinlərə qarşı hücumlar hazırlayıb və radikal ideologiyanı yayıblar.

Saxlanılan şəxslərdən silah, alışdırıcı maddələr və ekstremist simvolların aşkarlandığı bildirilib.

Xuraman Etibarlı

İnterpress.az