Paşinyan Rusiyanın niyə artıq Ermənistanın strateji müttəfiqi adlandırılmadığını açıqlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlama verib.
Paşinyanın sözlərinə görə, 2022-ci ilin sentyabrında baş verən hadisələrdən sonra İrəvan Rusiya ilə münasibətləri strateji tərəfdaşlıq kimi xarakterizə edə bilməz.
Ermənistanın Baş naziri bildirib ki, Moskva ilə münasibətləri strateji tərəfdaşlıq adlandırmaq dərhal başqa bir sual doğurardı.
Onun sözlərinə görə, bu halda Rusiyanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) həmin dövrdə müqavilə üzrə öhdəliklərini niyə yerinə yetirmədiyi sualı ortaya çıxardı.
Paşinyan bunun Ermənistanın Rusiya ilə münasibətlərinə yanaşmasının dəyişməsinin əsas səbəblərindən biri olduğunu bildirib.
Xuraman Etibarlı
İnterpress.az






