Robert Koçaryan tibbi müayinədən sonra həbsxanaya APARILDIbackend

Robert Koçaryan tibbi müayinədən sonra həbsxanaya APARILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Robert Koçaryan tibbi müayinədən sonra həbsxanaya aparılıb.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Ermənistanın ikinci prezidenti Robert Koçaryan “Surb Qriqor Lusavoriç” tibb mərkəzindən “Yerevan-Kentron” cəzaçəkmə müəssisəsinə aparılır.

Məlumata görə, Koçaryan daha əvvəl məhkəmə binasından tibbi müayinə üçün həmin tibb mərkəzinə aparılmışdı.

Müayinədən sonra onun yenidən cəzaçəkmə müəssisəsinə qaytarıldığı bildirilir.

Koçaryanın hansı səbəbdən həbsdə saxlanıldığı və tibbi müayinənin nəticələri barədə əlavə məlumat açıqlanmayıb.

Xuraman Etibarlı

İnterpress.az