II Qaregin və altı yepiskop məhkəməyə GETMƏYƏCƏKbackend

II Qaregin və altı yepiskop məhkəməyə GETMƏYƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

II Qaregin və altı yepiskop məhkəmə iclasına qatılmayacaq.

İnterpress.az xəbər verir ki, bu barədə Müqəddəs Eçmiədzin Ana Taxtı və vəkil Ara Zohrabyan məlumat yayıb.

Bütün Ermənilərin Katolikosu II Qaregin və altı yüksək rütbəli din xadimi qanunla nəzərdə tutulan hüquqdan istifadə edərək məhkəmənin ilkin iclasında iştirak etməyəcəklər. Onların maraqlarını vəkilləri təmsil edəcək.

Məhkəmə iclasının avqustun 28-də saat 16:30-da Eçmiədzində keçirilməsi nəzərdə tutulub.

II Qaregin və altı din xadimi vəzifə səlahiyyətlərindən istifadə etməklə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına mane olmaqda ittiham olunurlar.

İş yepiskop Gevorq Saroyanın Masiasotn yeparxiyasına rəhbərlikdən azad edilməsi barədə qərar və bundan sonra yaranan məhkəmə mübahisəsi ilə bağlıdır.

Müqəddəs Eçmiədzin Ana Taxtı ittihamı “Kilsənin daxili həyatına qanunsuz müdaxilə” adlandırıb və cinayət təqibinə xitam verilməsini tələb edib.

Xuraman Etibarlı

İnterpress.az