Qadın keçmiş sevgilisindən pul almaq üçün əkiz hamiləliyi UYDURDU – FOTObackend

Qadın keçmiş sevgilisindən pul almaq üçün əkiz hamiləliyi UYDURDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qadın keçmiş sevgilisindən pul almaq üçün əkiz hamiləliyi uydurub, körpələrin görüntülərini süni intellektlə hazırlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Ulyanovsk sakini olan 25 yaşlı qadın 28 yaşlı keçmiş sevgilisindən pul almaq üçün hamiləlik barədə yalan danışıb.

Məlumata görə, kişi münasibətlərə son qoyaraq Moskvaya köçüb. Bundan sonra qadın ona hamilə olduğunu və tezliklə iki əkiz uşağın atası olacağını bildirib.

Daha sonra qadın keçmiş sevgilisinə guya doğum evindən çəkilmiş fotolar göndərərək uşaqlar üçün aliment tələb edib. Kişi isə uydurma əkizlərin bez, geyim və oyuncaqları üçün keçmiş sevgilisinə mütəmadi olaraq pul köçürməyə başlayıb.

İddialara görə, qadın aldığı pulları uşaqlara deyil, əyləncə və istirahətə xərcləyib. O, keçmiş sevgilisinə uşaqlara baş çəkməyə də icazə verməyib.

Kişi nəhayət Ulyanovska gedərək uşaqları görmək istəyib. Bundan sonra məlum olub ki, əkizlər ümumiyyətlə mövcud deyil və qadının göndərdiyi körpə görüntüləri süni intellekt vasitəsilə hazırlanıb.

Məlumata görə, qadın keçmiş sevgilisindən ümumilikdə 684 min rubl (təxminən 14 300 manat) pul alıb.

Kişi polisə ərizə ilə müraciət edib. Qadını dələduzluğa görə cinayət məsuliyyəti gözləyir.

Xuraman Etibarlı

İnterpress.az