ABŞ-də 20 yaşlı gənc uşaq pornoqrafiyasını yaymaqda İTTİHAM OLUNURbackend

ABŞ-də 20 yaşlı gənc uşaq pornoqrafiyasını yaymaqda İTTİHAM OLUNUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də 20 yaşlı gənc uşaq pornoqrafiyasını saxlamaqda və yaymaqda ittiham olunaraq saxlanılıb

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

ABŞ-də 20 yaşlı Maykl Haylender uşaq pornoqrafiyasını saxlamaqda və yaymaqda şübhəli bilinərək saxlanılıb.

İstintaqın məlumatına görə, polis onun barəsində anonim məlumat aldıqdan sonra araşdırmaya başlayıb.

Məlumata görə, şübhəli şəxs müxtəlif Discord kanallarının istifadəçilərinə qanunsuz foto və videolar göndərib.

Onun internetdə “MrChildPorn” ləqəbindən istifadə etdiyi bildirilir.

Haylender polisə verdiyi ifadəsində materialları insanları qıcıqlandırmaq və onların reaksiyasını izləmək məqsədilə göndərdiyini iddia edib.

Hadisə ilə bağlı araşdırma davam edir.

Xuraman Etibarlı

İnterpress.az