Xəyanəti robot tozsoranın kamerası ilə ifşa edən ər özü MƏHKƏMƏLİK OLDUbackend

Xəyanəti robot tozsoranın kamerası ilə ifşa edən ər özü MƏHKƏMƏLİK OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tayvanda qısqanc ər xəyanət edən həyat yoldaşını robot tozsoran vasitəsilə ifşa edib.

İnterpress.az xəbər verir ki, bu barədə Tayvan mediası məlumat yayıb.

Tayvanda bir kişi həyat yoldaşının ona xəyanət etdiyini evdəki robot tozsoran vasitəsilə aşkarlayıb.

Məlumata görə, cihazın kamerasından istifadə edən kişi həyat yoldaşını başqa şəxslə birlikdə görüntüləyib.

Kişi əldə etdiyi görüntülərlə məhkəməyə müraciət edib.

Boşanma ilə bağlı təzminatla yanaşı, onun özü də şəxsi həyatın toxunulmazlığını pozmaq və qanunsuz görüntülər hazırlamaqla bağlı məhkəmə iddiası ilə üzləşib.

Məhkəmə işi üzrə kişini beş aya qədər həbs cəzası və ya cərimə gözləyə bilər.

Xuraman Etibarlı

İnterpress.az