Mağaza əməkdaşının üzərinə ağır darvaza DÜŞDÜ – VİDEObackend

Mağaza əməkdaşının üzərinə ağır darvaza DÜŞDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada “Pyaterochka” əməkdaşı iş yerində ağır xəsarət alıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskvada “Pyaterochka” mağazalar şəbəkəsinin əməkdaşının üzərinə qəfil ağır darvaza düşüb. Hadisə qadın iş başında olarkən baş verib.

Məlumata görə, darvazanın altında qalan əməkdaş başından və onurğasından xəsarət alıb.

Hadisəni görən həmkarları dərhal onun köməyinə gəlib və qadının xəstəxanaya çatdırılmasına yardım ediblər.

Yaralının vəziyyəti və hadisənin başvermə səbəbləri barədə əlavə məlumat açıqlanmayıb.

Xuraman Etibarlı

İnterpress.az