GTA VI ilə bağlı 26 dəqiqəlik rəsmi video YAYIMLANDI – VİDEObackend

GTA VI ilə bağlı 26 dəqiqəlik rəsmi video YAYIMLANDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

GTA VI ilə bağlı 26 dəqiqəlik rəsmi video yayımlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rockstar Games məlumat yayıb.

GTA VI-nın PS5-də 30 FPS, PS5 Pro-da isə 40 FPS ilə işləyəcəyi bildirilib. Tərtibatçılar oyunda RDR 2-nin daha ciddi üslubu ilə müasir Amerika cəmiyyətinə yönəlmiş satiranı birləşdirməyə çalışıblar.

Məlumata görə, oyunun yaradıcıları kitab və jurnalist araşdırmalarını öyrənib, hekayənin əsasını real insanların həyatından götürüblər. Ştatın ölçüsü RDR 2-dəki ərazi ilə müqayisədə iki dəfə böyük olacaq.

Həmçinin avtomobil oğurluğunun mini-oyun formasında təqdim ediləcəyi və əsas personajlar arasındakı münasibətlərin süjet boyunca inkişaf edəcəyi təsdiqlənib.

 

Xuraman Etibarlı

İnterpress.az