Kanada Baş naziri Trampın Ontario gölünün adını dəyişdirməsinə münasibət bildirib.
İnterpress.az xəbər verir ki, bu barədə Kanada Baş naziri Mark Karni “X” sosial şəbəkəsində paylaşım edib.
Karni bildirib ki, Ontario gölü adını ABŞ-nin müstəqillik əldə etməsindən xeyli əvvəl, 400 ildən artıq müddət əvvəl alıb.
Onun sözlərinə görə, “şeyləri öz adı ilə çağırmaq” həmin su hövzəsini Ontario gölü adlandırmaq deməkdir.
Kanada Baş nazirinin açıqlaması ABŞ Prezidenti Donald Trampın Ontario gölünün adının “Amerika gölü” olaraq dəyişdirilməsi ilə bağlı qərarından sonra səslənib.
Ontario gölü ABŞ və Kanada arasında yerləşən Böyük Göllər sisteminin tərkib hissəsidir.
Xuraman Etibarlı
İnterpress.az






