Nepalda yeni daşqın təhlükəsi səbəbindən əhali TƏXLİYƏ OLUNURbackend

Nepalda yeni daşqın təhlükəsi səbəbindən əhali TƏXLİYƏ OLUNUR 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nepalda gölün daşması xəbərləri fonunda xilasetmə işləri dayandırılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Nepal hakimiyyəti gölün sahillərindən çıxması ilə bağlı məlumatların yayılmasından sonra xilasetmə işlərini müvəqqəti dayandırıb.

Ərazidə yeni daşqın təhlükəsinin yarandığı bildirilir.

Məlumata görə, təhlükə ilə əlaqədar insanlar daha yüksək ərazilərə doğru qaçmağa başlayıblar.

Hakimiyyət vəziyyəti qiymətləndirir və təhlükəsizlik tədbirləri görür.

Nepalda son günlər güclü yağışlar və daşqınlar nəticəsində genişmiqyaslı dağıntılar və insan tələfatı qeydə alınıb.

Xilasetmə əməliyyatlarının nə vaxt bərpa ediləcəyi açıqlanmayıb.

Xuraman Etibarlı

İnterpress.az