Hazırda ölkə ərazisində mövcud olan cəzaçəkmə müəssisəsində ömürlük həbs cəzası çəkən 70 məhkum var. Məlumata görə, onların sayı əvvəllər 136 nəfər olsa da ağır həbsxana şəraitinə dözməyib həyatını itirənlərdən sonra 70-ə enib. Ömürlük həbs cəzası çəkənlər 90-cı illərdə müxtəlif səbəblərdən həbs olunanlardır ki, o zamanlar onlara ölüm hökmü verilib.
Ölüm hökmü ləğv ediləndən sonra isə qanunvericiliklə onların cəzası ömürlük həbslə dəyişdirilib. 26-27 ildir həbs cəzası çəkən bu şəxslərin ailə üzvləri onların da əfv olunmasını istəyir. Hesab edirlər ki, 25 ildən çox cəza çəkən bu şəxslər çoxdan islah olunublar və əksəriyyətinə verilən ömürlük həbs onların işlətdiyi cinayətə görə həddindən artıq ağırdır.
Ömürlük həbs çəkənlərin ailə üzvlərinin eləcə də bu cəza növünün dəyişdirilməsini istəyənlərin bu gün bir araya gəlmə səbəbi də belə məhkumların azadlığı çıxmasına nail olmaq idi.
\”O vaxtlar bir qədər qarışıq dövr idi. Elə cinayətkarlar var ki, heç bəlkə də onlara ömürlük həbs cəzası vermək doğru deyildi. Hazırda həbsxanalardan yaşı 70- keçən ömürlük məhkumlar var. Əksəriəti 20 ildən artıq həbsdədir. Onlara cəmiyyətin, hökumətin, hüquq mühafizə orqanlarının diqqəti olmalıdır\” – deyə ömürlük həbsdə olanların hüquqlarının müdafiəsi komitəsinin sədri Akif Nağı bildirib.
O zaman güllələnmə cəzası ömürlük həbs cəzası ilə Milli Məclisin qərarı ilə əvəzlənib. Hüquq müdafiəçiləri bunun yalnış hesab edirlər. Millət vəkili Çingiz Qənizadə deyib ki, ömürlük həbs cəzası alanlar qatı cinayətkar deyil.
Çingiz Qənizadə: \”Milli məclis məhməkəmənin səlahiyyətlərinə girdiyi üçün belə bir qərar verilib. Bu düzgün deyil. Məhkəmələr yenidən baxmalıdar bu işə fərd-fərd həm də. Bu insanlar artıq kifayət qədər çox cəza alıblar\”
Ömürlük həbsdə olanların hüquqlarının müdafiə komitəsinin üzvləri sonuncu amnistiya aktının müəllifi olan ölkənin birinci xanımı Mehriban Əliyevaya yaxınlarının ömürlük həbs cəzasından azad olunması üçün müraciət də ünvanlayıblar. (ans)
İnterpress.az