Almaniyada kütləvi xəbərdarlıq siqnalları YOXLANILIRbackend

Almaniyada kütləvi xəbərdarlıq siqnalları YOXLANILIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada xəbərdarlıq siqnallarının illik sınağı keçirilir.

İnterpress.az xəbər verir ki, bu barədə alman mediası məlumat yayıb.

Bu gün yerli vaxtla saat 11:00-da bütün Almaniyada xəbərdarlıq sistemləri sınaqdan keçiriləcək. Bütün smartfonlar test siqnalları ilə sınaq xəbərdarlıqlarını alacaq və küçələrdə hava hücumu sirenləri də səslənəcək.

“Xəbərdarlıq Günü” hər il sentyabrın ikinci cümə axşamı keçirilir və məqsəd fövqəladə hallarda əhalini vaxtında məlumatlandırmaqdır.

Xuraman Etibarlı

İnterpress.az