Ermənistanda təhlükəsizlik qüvvələri Gümrü meri Vardan Qukasyanın oğlunu saxlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediasına İstintaq Komitəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anuş Şahverdyan məlumat verib.
Spartak Qukasyana qarşı Cinayət Məcəlləsinin 258-ci maddəsi ilə (digər məcburetmə yolu ilə hədə-qorxu ilə tələb etmə, dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) iş açılıb.
Xuraman Etibarlı
İnterpress.az