Polşanın “Fakt” qəzeti Rusiyanın dron hücumunu şərh edib.
İnterpress.az xəbər verir ki, nəşrin fikrincə, Moskva dialoq istəmir və tədricən Polşanın səbrini sınayır.
Baş redaktor Mixal Vodzinjskinin sözlərinə görə, Polşa hava məkanına daxil olan 19 rus dronu insan tələfatına səbəb olmasa da, hər biri real təhlükə daşıyır:
“Zərərsiz rus dronu yoxdur. Kreml həm Polşanın müdafiəsini, həm də NATO-nun qətiyyətini sınağa çəkir. Qərb birgə və sərt cavab verməlidir”.
Vodzinjski vurğulayıb ki, prezident Karol Navrotski və baş nazir Donald Tusk ABŞ administrasiyası ilə danışıqlarda Rusiyaya etibar edilməyəcəyini açıq şəkildə bildiriblər.
Xuraman Etibarlı
İnterpress.az