Qazaxıstan, Qırğızıstan və Özbəkistan Rusiyadakı mümkün taun xəbərlərindən sonra tədbirləri gücləndirib.
İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan, Qırğızıstan və Özbəkistanın səhiyyə qurumları məlumat yayıb.
Qazaxıstan, Qırğızıstan və Özbəkistan İrkutsk vilayətində xüsusilə təhlükəli infeksiya ilə bağlı məlumatlardan sonra sanitar tədbirləri gücləndirib. Qazaxıstanda sərhəd-keçid məntəqələrində sanitar-karantin nəzarəti aparılır.
Qırğızıstanda bütün sanitar-karantin məntəqələri gücləndirilmiş rejimə keçirilib, insan, nəqliyyat və yüklər yoxlanılır.
Özbəkistanda isə təhlükəli infeksiyaların ölkəyə gətirilməsinin qarşısını alan xidmətlər yüksək hazırlıq vəziyyətinə gətirilib.
Qeyd olunur ki, Qazaxıstanın Səhiyyə Nazirliyi ölkəyə infeksiyanın gətirilməsi riskini ilkin olaraq aşağı qiymətləndirib.
Rusiya tərəfi isə İrkutsk vilayətində taun hallarının təsdiqlənmədiyini açıqlayıb.
Xuraman Etibarlı
İnterpress.az






