Çikaqoya uçan təyyarə İngiltərəyə məcburi enişə HAZIRLAŞIRbackend

Çikaqoya uçan təyyarə İngiltərəyə məcburi enişə HAZIRLAŞIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Londondan Çikaqoya uçan təyyarə həyəcan siqnalı verib.

İnterpress.az xəbər verir ki, bu barədə “AirLive” məlumat yayıb.

Londondan Çikaqoya uçan sərnişin təyyarəsi İrlandiya üzərində kəskin hündürlük itirdikdən sonra 7700 fövqəladə vəziyyət kodunu ötürüb.

Təyyarənin artıq iki saatdan çoxdur havada dövrə vurduğu bildirilir.

Məlumata görə, ekipaj məcburi enişdən əvvəl təyyarənin çəkisini azaltmaq üçün yanacaq boşaldır. Təyyarənin İngiltərədə eniş etməsi gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az