Ailə mübahisəsi QANLA BİTDİ: Qadın ərini ÖLDÜRDÜbackend

Ailə mübahisəsi QANLA BİTDİ: Qadın ərini ÖLDÜRDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də qadın uşaqların yanında silah saxlayan ərini güllələyib.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

ABŞ-da 44 yaşlı Doun Mari adlı qadın uşaqların görə biləcəyi yerdə tapança saxladığı üçün ərini güllələyib.

Məlumata görə, qadın iki il ərzində ərindən silahı uşaqların əli çatmayan yerdə saxlamağı xahiş edib. Lakin kişi onun tələblərinə məhəl qoymayıb.

Hadisə günü qadın tapançanı yenidən qonaq otağındakı jurnal masasının üzərində görüb və ərindən onu yığışdırmasını tələb edib. Kişi bundan imtina etdikdən sonra qadın silahı götürərək ona atəş açıb.

Qadın polisə ifadəsində ərinə sadəcə dərs vermək istədiyini bildirib.

Xuraman Etibarlı

İnterpress.az