Rusiyada ayı yol nişanını dişində tutaraq yük maşınının qarşısını kəsib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Xantı-Mansi Muxtar Dairəsində ayı avtomobil yoluna çıxaraq yük maşınının hərəkətini dayandırıb.
Heyvanın dişində yol nişanı tutaraq yolun hərəkət hissəsində gəzdiyi bildirilir.
Hadisənin videosu sosial şəbəkələrdə paylaşılıb.
Xuraman Etibarlı
İnterpress.az






