Rusiyada gənc cütlük avtomobildə yatarkən ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiyanın Nijni Novqorod şəhərində 18 yaşlı Valeriya və 19 yaşlı Nikita avtomobildə yatdıqdan sonra bir daha oyanmayıblar.
Məlumata görə, gənclər qapalı qarajda saxlanılan avtomobildə tək qalmaq qərarına gəliblər. Onlar mühərriki söndürmədən yuxuya gediblər.
İlkin ehtimala görə, cütlük dəm qazından zəhərlənərək həyatını itirib. Hadisənin təfərrüatları araşdırılır.
Xuraman Etibarlı
İnterpress.az






