Hindistanda rusiyalı paraplançı yüksəkgərginlikli naqillərdən asılı qalıb.
İnterpress.az xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb.
Hindistanın Himaçal-Pradeş ştatında, ölkənin ən məşhur paraplanerizm məkanlarından biri olan Bir-Billinq bölgəsində uçuş həyata keçirən Aleksey adlı rusiyalı turist yüksəkgərginlikli elektrik xətlərinə ilişib.
Nəticədə ekstremal idman həvəskarı yerdən təxminən 45 metr hündürlükdə çarəsiz vəziyyətdə asılı qalıb.
Hadisədən dərhal sonra ərazidə elektrik enerjisinin verilişi dayandırılıb və xilasetmə qrupları əməliyyata başlayıblar. Turistin yerə yıxılma ehtimalına qarşı aşağıda təhlükəsizlik üçün qoruyucu tent açılıb.
Təxminən iki saat yarım naqillərdən asılı qalan pilot nəhayət yerə endirilib, onun səhhəti barədə hələlik ətraflı məlumat verilmir.
Qeyd edək ki, 2016 və 2017-ci illərdə də eyni ərazidə iki rusiyalı paraplançı qəzaya uğrayaraq dünyasını dəyişmişdi.
Xuraman Etibarlı
İnterpress.az






