Çində yük maşını kişini əzərək bir neçə dəfə onun üstündən keçib.
İnterpress.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
Çində ağırçəkili yük avtomobilinin iştirakı ilə ölümlə nəticələnən faciəvi hadisə baş verib. Ağır tonnajlı texnika yolda olan şəxsin üzərindən təkərləri ilə bir neçə dəfə keçərək onun həyatına son qoyub.
Məlumata görə, həmin şəxs nəyisə yoxlamaq üçün avtomobilindən düşərək yola çıxıb və yük maşınının görünməyən “kor zona”sına düşüb. Bu zaman arxaya doğru hərəkət edən yük maşını onu görməyərək altına alıb.
Ağır təkərlərin dəfələrlə üzərindən keçdiyi şəxs aldığı kəskin travmalardan hadisə yerindəcə dünyasını dəyişib. Hadisə ilə bağlı araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az






