Qadınlar üçün xeyriyyə aksiyasıbackend

Qadınlar üçün xeyriyyə aksiyası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.azxəbər verir ki, təşkilatın rəhbəri Mehriban Zeynalova bildirdi ki, bu aksiya digәr tәdbirlәrdәn fәrqlidir: “Adətən 8 martda qadınlar həyat yoldaşlarından, qardaşlarından, ailələrindən, sevdikləri şəxslərdən hədiyyə gözləyirlər. İnsan alveri qurbanlarının isə hədiyyə alacaq kimsəsi olmur. Onların ehtiyacları var. Biz bu tədbirdən toplanılacaq vəsaiti insan alveri qurbanlarının ehtiyaclarına yönəldəcəyik”.

Tədbirə DİN İnsan Alverinә Qarşı Mübarizә İdarәsinin qadın әmәkdaşları da qatılmışdılar.

Bundan sonra prezident İlham Əliyevin 24 iyul, 2014-cü il tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təbliğində iştirak edənlərə diplomlar təqdim edildi.

M.Zeynalova onu da qeyd etdi ki, insan alveri təkcə qadınların deyil, bütün cəmiyyətin problemidir.

Həyat yoldaşları tərəfindən zorakılığa məruz qalan qadın jurnalistlərin çıxışları da diqqət çəkdi. Ailə zorakılığına görə ayrılan jurnalist qadınlar bir müddət təşkilatın sığınacaq evində qaldıqlarını, psixoloji reabilitasiyadan sonra müstəqil həyata başladıqlarını dedilər. Bu jurnalist qadınlar arasında imzası tanınanlar da var.

Nizami rayon icra başçısının müavini Gülnaz İsrafilova təmsil etdiyi qurumun bu qəbildən olan tədbirlərə dəstəyini gələcəkdə də davam etdirəcəyini açıqlayıb.

Aksiyaya müğənni Zöhrə Abdullayeva, Ruhəngiz Allahverdiyeva, Elvin Babayev. reper Qurd, “Səs” qrupu, “Cahan” qrupu, Roza Zərgərli, Tural və Toğrul qardaşları çıxış etdilər.

Tədbirdə 1750 manat vəsait toplandı.

Qeyd edək ki, “Təmiz dünya” ötən il də belə aksiyalar keçirib.

Qadınlar üçün xeyriyyə aksiyası

Qadınlar üçün xeyriyyə aksiyası

Qadınlar üçün xeyriyyə aksiyası

İnterpress.az