İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, Ukrayna parlamentinin deputatı Lyaşko, “Vətən” fraksiyasının rəhbəri Yuliya Timoşenkonu Ukrayna vətəndaşlığından məhrum edilməsi haqqında tələb irəli sürüb.
“Mən Poroşenkoya müraciət edərək bildirirəm ki, anti-dövlət fəaliyyəti ilə məşğul olan Timoşenko Ukrayna vətəndaşlığından məhrum edilsin. Düşünürəm ki, o, Rusiya vətəndaşlığını qəbul etməlidir və Rusiyada \”qəhrəman\” adına layiq görülməlidir. Timoşenko təxribatçıdır və o, hop-hop quşu kimi Rusiyaya uçub fəaliyyət göstərir”-deyə, Lyaşko parlament çıxışında bildirib.
İnterpress.az