İnterpress.az xəbər verir ki, bu barədə çərşənbə günü Rusiya Balıqçılıq üzrə Federal Agentliyinin Qərbi-Xəzər Ərazi İdarəsinə istinadən \”İnterfax\” məlumat yayıb.
\”İlkin rəyə görə, Xəzər dənizinin Dağıstan sahilləri boyunca aşkar olunan 300-dən çox suiti, uzunsürət qasırğalar nəticəsində ölüb. Mütəxəssislər müəyyən ediblər ki, bunlar, əsasən yaşlı suitilər olub və qasırğalar onların təbii ölümünü sürətləndirib\”, – deyə idarədən bildirilib.
Müsahibin sözlərinə görə, mütəxəssislər məməlilərin həlak olmasında toksikoloji amili istisna edirlər. Çünki bu halda balıqlar da həlak olardı.
İnterpress.az