İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, Klinton ilk dəfə olaraq seçkilərdən sonra uşaqların müdafiəsi ilə bağlı konfransda çıxış edib.
Çıxış zamanı prezidentliyə eks-namizəd Hillari Klinton seçkilərdən sonra evdən çıxmaq istəmədiyini etiraf edib.
“Mənim bu gün bura gəlişim heç də asan olmadı. Seçkilərdən sonra mən bardaş qurub divanda oturdum, kitab oxudum və itlərimə diqqət ayırdım.”
Qeyd edək ki, konfransa qatılan Hillarini makiyajsız və çox yorğun görünürdü – Tass xəbər verir.
İnterpress.az