Bu qadağalar Milli Məclisin Gənclər və idman komitəsinin \”Gənclər siyasəti haqqında\” qanuna etdiyi təkliflərdə yer alıb.
Millət vəkili Fazil Mustafa İnterpress.az-a bildirir ki, bu təklifin qəbul edilməsi yeniyetmələri pis vərdişlərdən müəyyən qədər qoruyacaq.
Millət vəkilinin fikrincə, gənclərin pis verdişlərdən uzaqlaşdırılması üçün sosial tədbirlərin sayının və çeşidinin artırılmasına böyük ehtiyac var: “Yeniyetmələrin pis vərdişlərdən uzaqlaşdırılmasında medianın da önəminə diqqət çəkir. Pis vərdişlərin acınacaqlı nəticələrinin geniş şəkildə işıqlandırılması vacibdir. Gənclər siyasəti haqqında” qanuna edilən dəyişikliklərdə gənclərin pulsuz müayinə edilməsi, dövlət mülkiyyətində olan idman sağlamlıq mədəniyyət obyektlərindən pulsuz istifadə etmək imkanlarının yaradılması da təklif olunur. Təkliflərin qısa zamanda Milli Məclisin plenar iclasına tövsiyyə olunması gözlənilir”.
Gülşanə Mustafayeva
İnterpress.az