Universitet tələbəsi körpəsini öldürüb – FOTObackend

Universitet tələbəsi körpəsini öldürüb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qaziantepdə universitet tələbəsi Melek Demir, evli 3 uşaq atası 33 yaşındakı Hasan Germ ilə tanış olub. Sevgili olan cütlük birlikdə yaşamağa başlayıb. Hamilə qalan Melek Demir, avqust ayının 10-da ailəsinin evində səhərə yaxın tualetdə dünyaya oğlan uşağı gətirib.
İddiaya görə, yeni doğulan uşağın səsini anası və qardaşının eşitməməsi üçün qız, uşağı tualetin döşəməsinə atıb. Başı beton zəminə çırpılan körpə yerindəcə həyatının itirib. Melek ölü körpəni bezə büküb atası Ali Demirin Baklalı kəndindəki məzarlığa basdırıb. Hadisədən xəbər tutan polis Meleyi həbs edib. Körpənin meyidi məzarlıqdan çıxarılıb yarılmağa göndərilib.
Ailəsindən hamiləliyi gizli saxlayan Melek məhkəmədə ifadə verib.
O, bunları söyləyib:
“Hasandan hamilə qaldım. Körpəni abort elətdirməyi düşündük, amma pulumuz olmadığı üçün uşağı götürə bilmədim. Bu zaman Hasanla münasibətimizi öyrənən ailəm onunla tanış olmaq istədi. Hasan tək başına gələrək məni ailəmdən istədi. Hamiləliyimdən ailəmin xəbəri yox idi. Kök olduğum üçün bundan heç kim şübhələnmədi. Hadisə günü gecə sancım başladı. Körpə başı üstə beton döşəmənin üstünə düşdü. Sancı və ağrı o qədər idi ki, körpəni tuta bilmədim. Özümə gəlib uşağı qucağıma alanda onun öldüyünü başa düşdüm. Körpəni mən öldürməmişəm. Uşağı atamın yanında basdırdıqdan sonra Hasanın arvadı mənə zəng vurdu. Mən Hasanın evli olduğunu o zaman öyrəndim\”.
Hadisə ilə əlaqədar istintaqını tamamlayan respublika prokuroru iddianamə hazırlayıb. Prokuror, Melek Demir haqqında “qəsdən adam öldürmə” təqsirindən ağırlaşdırılmış ömürlük həbs cəzası istəyiylə Adana 5-ci Ağır Cəza Məhkəməsinə iddia açıb. Melek Demir bir neçə gün sonra hakim qarşısına çıxacaq.

Universitet tələbəsi körpəsini öldürüb - FOTO

Universitet tələbəsi körpəsini öldürüb - FOTO

Universitet tələbəsi körpəsini öldürüb - FOTO

İnterpress.az