İnterpress.az xəbər verir ki, bu barədə Latviya prezidenti Raymond Veyonis “Diena” nəşrinə müsahibəsində bildirib.
“Avropa Birliyi fondlarının mənimsənməsi dayanan kimi, bizdə birdən-birə ümumi daxili məhsulun artım tempi əhəmiyyətli dərəcədə aşağı düşür.Bu o anlama gəlir ki, əslində ölkəmizin iqtisadiyyatı yoxdur.”, – deyə ölkə başçısı vurğulayıb.
O, həmçinin etiraf edib ki, 25 il müstəqillik ərzində Latviya bir çox problemləri həll edə bilməyib: “Xeyli problemlər var. Məsələn, tibb və təhsil. Dövlət büdcəsinin effektiv idarə olunması üzə dövlət satınalmalarından danışıb, hazırda inyeksiyalara əsaslanan iqtisadiyyat haqqında düşünmək lazımdır”.
İnterpress.az