Yaşayış minimumunun dəqiq rəqəmi açıqlanıbbackend

Yaşayış minimumunun dəqiq rəqəmi açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Interpress.az-a Milli Məclisdən məlumat verilib.

“2017-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə əsasən, gələn il Azərbaycanda yaşayış minimumunun 155 manat olması təklif edilir.

Layihədə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 12,7% və yaxud 18,5 manat artırılaraq 164,5 manata, pensiyaçılar üçün 13,2% və yaxud 15,2 manat artırılaraq 130,2 manata, uşaqlar üçün isə 16,8% və yaxud 19,6 manat artırılaraq 136,6 manata çatdırılıb.

2017-ci ildə Azərbaycanda ehtiyac meyarının isə builki səviyyədə, yəni 105 manatda saxlanılması təklif olunur. Bu da \”2017-ci il üçün ehtiyac meyarının həddi haqqında\” qanun layihəsində nəzərdə tutulub.

2017-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər artıq Milli Məclisə daxil olub. Xatırladaq ki, bu il üçün yaşayış minimumu 136 manatdır. Başqa sözlə, sözügedən göstərici 14% və yaxud 19 manat artırılır.

Interpress.az