Millət vəkilləri, dövlət rəsmiləri və ictimai xadimlərin iştirakı ilə keçirilən tədbiri Adil Əliyev giriş sözü ilə açıb. Deputat mükafatlandırma mərasimində iştirak edənlərə və onu bu mükafata layiq görənlərə təşəkkürünü bildirib:\”Hər kəs dövlətçilik üçün çalışmalıdır\”.
Daha sonra çıxış edən Akademiyanın Azərbaycan təmsilçisi Elçin İsgəndərzadə əvvəlcə “Dirçəliş Günü” münasibətilə hər kəsi təbrik edib.
Bildirib ki, bu iki önəmli hadisənin üst-üstə düşməsi heç də təsadüf deyil. Adil Əliyevin fəaliyyətini yüksək dəyərləndirən təmsilçi Akademiyanın fəaliyyətindən də bəhs edib. Sonda diplom və“Qızıl ulduz” medalı A.Əliyevə təqdim olunub.
İnterpress.az